"Sınıq Körpü"də tıxac yaranıb

14:19 | 25.08.2014
"Sınıq Körpü"də tıxac yaranıb

"Sınıq Körpü"də tıxac yaranıb

"Sınıq Körpü" sərhəd-keçid məntəqəsinin Gürcüstan Respublikası tərəfində 2-3 kilometr uzunluğu olan tıxac yaranıb.SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, tıxacda qalan sakinlər gecəni ailə üzvləri ilə birlikdə avtomobillərində keçirməli olublar.Azərbaycan tərəfə keçən sürücülər "Sınıq Körpü" keçid məntəqəsində bilinməyən səbəbdən gözlədiklərini söyləyiblər.Qonşu ölkənin sərhəd-keçid məntəqəsindən isə bildirilib ki, bu cür vəziyyətin yaranmasına səbəb həddindən artıq insan axınının olması və xüsusilə Rusiyadan gələnlərin çoxluğudur.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM