"Sovetski"dən sonra növbəti sökülən ərazi hara olacaq? - AÇIQLAMA

13:22 | 25.02.2014
"Sovetski"dən sonra növbəti sökülən ərazi hara olacaq? - AÇIQLAMA

"Sovetski"dən sonra növbəti sökülən ərazi hara olacaq? - AÇIQLAMA

Bakının regional inkişaf planına əsasən 2030-cu ilə qədər paytaxtda hansı ərazilərin söküləcəyi artıq məlumdur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov söküntü işlərinin Bakının mərkəzi hissəsində olan azmərtəbəli binalardan başlanılaraq aparılacağını bildirib.

O qeyd edib ki, "Sovetski" adlanan ərazidən başlayaraq, bu işlər Elmlər Akademiyası istiqamətində davam edəcək.

“O ərazidə iri parkın yaradılması nəzərdə tutulub. Mərkəz hissəsidə olan binalar, aparılan tikinti işləri həmin ərazidə əhalinin rifahını qaldırmaq üçün infrastruktur layihələrinin aparılmasına imkan vermir. Əsasən "Xutor", "Alatava" deyilən və əvvəldə qeyd edilən ərazilər söküləcək.

İkinci böyük istiqamət isə "Ağ şəhər"dən sonra Zığ tərəfə olan istiqamətdir. "Ağ şəhər" deyilən yaşayış ərazisi rekultivasiya olunan ərazilərdə həyata keçirilir. Artıq tikintilər gedir. Həmin istiqamətdə söküntü işləri davam edəcək. Neft-kimya emalı ilə bağlı olan istehsalatın da kənara çıxarılması nəzərdə tutulur və onlar çıxdıqca həmin ərazilər iki istiqamətdə istifadə olunacaq". Hazırda Bakının “Sovetski” deyilən hissəsində söküntü işləri səngiyib. Martın 3-dən sonra məsələnin sürətlənəcəyi və sakinlərə müvafiq kompensasiya verilməklə köçürüləcəyi gözlənilir. Bəs “Sovetski”dən sonra Bakının hansı hissəsi söküləcək? Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin əməkdaşı Nuranə Mərdanova Modern.az-a açıqlamasında bu barədə məlumatın olmadığını bildirib. “Sovetski”dən sonra söküntünün hansı ərazidə davam etdiriləcəyi hələ məlum deyil. Bu işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər müfaviq qurumların birgə razılığı ilə həyata keçirilir. Buna təkcə Bakı şəhər İcra Hakimiyyəti qərar vermir. Ona görə bu haqda indidən danışmaq tezdir”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM