"Tottenhem" "Fənərbaxça"ya "qarmaq atdı"

16:58 | 19.12.2013
"Tottenhem" "Fənərbaxça"ya "qarmaq atdı"

"Tottenhem" "Fənərbaxça"ya "qarmaq atdı"

"Fənərbaxça" klubunun hücumçusu Musa Souya təkliflər gəlməkdə davam edir.
Qol.Az-ın məlumatına görə, "Nyukasl" və "Liverpul"un ardından "Tottenhem" klubu da seneqallı futbolçuya "elçi" düşüb.
London təmsilçisi Sounun transferinə 20 milyon xərcləməyə hazır olduğunu açıqlayıb. Daha öncə "Nyukasl" və "Liverpul"un 15 milyon avroluq təklifini rədd edən "Fənərbaxça"nın son məbləğlə razılaşdığı bildirilir. Tərəflər arasında razılıq əldə olunarsa, Sou yanvar ayından İngiltərə Premyer Liqasında çıxış edəcək.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2012-ci ildə "Lill"dən "Fənərbaxça"ya transfer olunmuşdu. 
Qol.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti