"Xidməti avtomobil dayanacağı" anlayışının qanuni əsası varmı? - AÇIQLAMA

14:13 | 17.10.2014
"Xidməti avtomobil dayanacağı" anlayışının qanuni əsası varmı? - AÇIQLAMA

"Xidməti avtomobil dayanacağı" anlayışının qanuni əsası varmı? - AÇIQLAMA

Şəhərin müəyyən yerlərində, bahalı dükanların, bəzi səfirliklərin qarşısının xidməti dayanacaq kimi  istifadə olunduğunu şahidi oluruq. Yəni, əgər həmin dükana və ya obyektə gəlməmisənsə, demək ki, onun qarşısında maşını saxlaya bilməzsən. Qanunvericilikdə "Duracaq yeri"ni bildirən 5.15 nişanı vardır ki, bu da maşınların həmin yerlərdə saxlanılmasına icazə verir. Görəsən qanunvericlik hər hansı bir obyektin qarşısında yalnız onların istifadəsi üçün, obyektə gələn müştərilərin və ya şəxslərin maşınları saxlaması üçün hər hansı maddə nəzərdə tutubmu?

ANN.Az olaraq mövzu ilə bağlı yol üzrə ekspert, "Digesta" hüquq firmasının direktoru Ərşad Hüseynovun münasibətini öyrənib. Ərşad müəllim verdiyi açıqlamada "xidməti dayanacaq"la bağlı qanunvericilikdə hər hansı nişanın olmadığını, yalnız "Duracaq yeri"ni bildirən 5.15 nişanının olduğunu bildirib. "Bizim ölkəmizin qanunvericiliyində "Xidməti avtomobil dayanacağı", "Xidməti avtomobillər üçün dayanacaq" və başqa buna bənzər anlayış yoxdur. Ümumi istifadədə olan küçənin hər hansı bir yerinə 5.15 "Duracaq yeri" nişanı qoyaraq və onun üzərinə "Xidməti" sözü yazaraq buranı xidməti dayanacaq hesab etmək qanun pozuntusudur. (bizim qanunvericilikdə 5.15 nişanının belə variantı ümumiyyətlə yoxdur). Xidməti dayanacaq təşkil etmək istəyənlər bunu zəhmət çəkib qapalı yerlərdə etməlidirlər."

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM