Qurban Məmmədova 3 il iş kəsildi

16:20 | 06.12.2013
Qurban Məmmədova 3 il iş kəsildi

Qurban Məmmədova 3 il iş kəsildi

 Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan vəkil Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Q.Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Vəkil Q.Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq orqanı tərəfindən Q.Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM