• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Quşlar təyyarələr üçün ən böyük təhlükə mənbəyidir - ARAŞDIRMA

Quşlar təyyarələr üçün ən böyük təhlükə mənbəyidir - ARAŞDIRMA
29.05.2020 07:37
Azərbaycanın Müdafiə Nazirliyi bu günlərdə "MİQ-29” təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair məlumat yayıb. Bildirilib ki, qəzanın səbəbi havada quş sürüsü ilə toqquşma olub.

Təəssüf ki, təyyarələrin məhz quşlarla toqquşması üzündən qəzaya uğraması heç də nadir hadisə deyil, üstəlik son vaxtlar belə qəzaların sayı getdikcə artır.
Anews.az"Report” -a istinadan xəbər verir ki, İCAO-nun (İnternational Civil Aviation Organization – Beynəlxalq Mülki Aviasiya Təşkilatı) məlumatına görə, 2001-2007-ci ilərdə 42508 belə hadisə qeydə alınıb. 

Ekspertlərə görə, dünüyada kommersiya təyyarələrinin quşlarla toqquşmaları nəticəsində dəyən ziyanın illik məbləği 1,2 milyard dollara yaxındır.
Bu cür toqquşmalar zamanı təyyarələrin zədələnməsi onların yüksək sürəti ilə bağlıdır. Belə ki, zərbənin gücü sürət fərqinin kvadratına mütənasibdir. Məsələn, 320 km/saat sürətilə gedən təyyarə quşla toqquşsa, zərbənin gücü 3200 kilo/sm2-a yaxın, 690 km/saat sürətdə isə 30 millimetrlik mərminin zərbəsindən 3 dəfə çoxdur. Üstəlik təyyarənin məhz ön hissəsində pilot kabinasının şüşələri və turbo reaktiv mühərrik kimi həssas nöqtələr var.
(şəkil)

ABŞ-da fəaliyyət göstərən Quşlarla Toqquşmalar Komitəsinin (Bird Strike Commettee USA) məlumatına görə, 1988-ci ildən etibarən təyyarələrin quşlarla toqquşmaları nəticəsində 200-dən çox adam həlak olub. Pentaqonun məlumatına görə, hərbi dəniz, hərbi hava və dəniz piyadaları bazalarında hər il quşlarla 3 minədək toqquşma qeydə alınır. Pilotlar üçün təhlükə yaradan, bahalı avadanlığın xarab olmasına səbəb olan belə hallara Bird/Wildlife Aircraft Strike Hazard (BASH), yəni Quşlar/Yaban Həyatla Təyyarələrin Toqquşma Risqi adı verilib.

Bu il mayın 7-də dəniz piyadaları korpusunun Yaponiyadakı İvakuni hava limanından qalxan beşinci nəsil "F-35 Joint Strike” tipli qırıcı təyyarənin quşla toqquşması nəticəsində azı 2 milyon dollar məbləğində maddi ziyan dəyib. Bu hadisə texnologiya sarıdan hətta ən modern təyyarənin belə bu cür adi hallar üzündən sıradan çıxa biləcəyinə əyani misaldır.

(video)
Bu il iyunun 30-da Hindistanın Həryana ştatının Ambala şəhərindəki hava bazasından "Jaguar” tipli qırıcı bombardmançı təyyarənin havaya qalxmasından sonra quş sürüsü ilə toqquşması nəticəsində mühərriklərdən biri sıradan çıxıb. Pilot təlim sursatı olan konteynerləri və asma yanacaq baklarını təcili açaraq yerə atmalı olub ki, onlar yerə düşərkən partlayıb.

Ötən ilin may ayında Aralıq dənizi üzərində Rusiyaya məxsus qırıcı təyyarənin mühərrikinə quşun düşməsi nəticəsində qəzaya uğraması zamanı hər 2 pilot ölüb. Həmin il avqustun 21-də İsveçin cənubunda "Jas 39 Gripen” tipli qırıcı təyyarə də quşla toqquşaraq qəzaya uğrayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol