“Qızıl və gümüş medala namizəd şagirdlərin adları bizə təqdim olunub”

19:02 | 16.07.2014
“Qızıl və gümüş medala namizəd şagirdlərin adları bizə təqdim olunub”

“Qızıl və gümüş medala namizəd şagirdlərin adları bizə təqdim olunub”

Təhsil Nazirliyinin bu il də orta məktəbin buraxılış siniflərini yüksək nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş medallar verəcəyi gözlənilir.
Qeyd edək ki, bu il ümumtəhsil məktəblərini 86797 nəfər (XI sinif) şagirdi bitirib.
Nazirlik Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qızıl və gümüş medala layiq görülən namizədlər arasında araşdırma aparılır: 
“Medala namizəd şagirdlərin adlı siyahısı Təhsil Nazirliyinə təqdim olunub. Hazırda onların göstəricilərinə əsasən araşdırma aparılır. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında” əmrinə əsasən, ötən tədris ilinin sonunda 238 məzuna qızıl medal, 10 məzuna isə gümüş medal verilib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM