"Rabitəbank"ın rəhbərliyində dəyişiklik

13:21 | 28.01.2016

"Rabitəbank"ın rəhbərliyində dəyişiklik

22 yanvar 2016-cı il tarixində "Rabitabank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.
 
Bankdan "APA-Econoimcs”ə verilən xəbərə görə, səhmdarların ümumi yığıncağının yekdil qərarı ilə Aydın Hüseynov "Rabitabank” ASC-nin Risk, təhlil və nəzarət bloku üzrə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
 
Qeyd edək ki, A. Hüseynov 1996-2000-ci illərdə Türkiyə  Cümhuriyyətinin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb. Fəlsəfə Doktoru elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilib.
 
Qeyd edək ki, A. Hüseynov əmək fəaliyyətinə 2007-ci ilin aprel ayından "Yapı Kredi Bank" QSC-də Kreditlərin təhlili departamentinə mütəxəssis olaraq başlayıb. 2008-2009-cu illərdə həmin bankda fondların idarə edilməsi departamentində mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Paralel olaraq Yapı Kredi İnvest MMC-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləyib. 2009-2012-ci illərdə "TuranBank" ASC-də Birja əməliyyatları şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin mart ayına qədər isə Risklərin idarə edilməsi departamentinə direktor vəzifəsində çalışıb.
 
2014-cü ilin Mart ayından etibarən "Rabitəbank” ASC-də Risklərin İdarə Edilməsi Bloku üzrə Baş Direktor vəzifəsində işləyirdi və cari ilin 22 Yanvar tarixindən etibarən isə İdarə Heyətinin sədrinin müavini vəzifəsini icra etməyə başlayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb