Ramil Usubov Allahşükür Paşazadənin bacısı oğluna yüksək vəzifə verdi

15:26 | 03.05.2019
Ramil Usubov Allahşükür Paşazadənin bacısı oğluna yüksək vəzifə verdi

Ramil Usubov Allahşükür Paşazadənin bacısı oğluna yüksək vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Anews.az xəbər verir ki, ONA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Əli Şərif oğlu Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölmənin rəis müavini təyin edilib.

Qeyd edək ki, Ə. Əsədullayev İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev oğlu, Şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur.

Qeyd edək ki, 13-cü polis bölməsinin bundan əvvəlki rəis müavini, polis mayoru Mehman Əsədov bu ilin fevral ayında ölkədən qaçarkən tutulub. O, dələduzluqda ittiham olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb