Ramil Usubov evakuatorlara qadağa qoyub?

16:45 | 16.07.2014
Ramil Usubov evakuatorlara qadağa qoyub?

Ramil Usubov evakuatorlara qadağa qoyub?

Ötən həftədən etibarən paytaxtda maşınların evakuasiyası dayandırılıb. 
ANN.Az xəbər verir ki, Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, artıq ötən həftənin cümə günündən etibarən Bakıda evakuasiya maşınlarının fəaliyyəti dayandırılıb. Hətta, bildirilir ki, həmin gündən bəri paytaxtda dayanma-durma qaydalarını pozmağa görə bir dənə də olsun avtomobil evakuasiya edilməyib. Bunun səbəbinə gəlincə isə bildirilir ki, yol polisinin avtomobilləri haqlı-haqsız evakuasiya etməsi əhali arasında ciddi narazılıq yaradıb. 
Hətta buna görə Daxili İşlər Nazirliyinə ünvanlanan şikayətlərin sayında xeyli artım müşahidə olunub. Evakuasiya ilə bağlı cərimə meydançalarında sürücülərə qarşı kobud davranış, nəzərdə tutulandan artıq pul alınması, alınan pulun əvəzində hər hansı qəbz verilməməsi ilə əlaqədar şikayətlər üzündən DİN rəhbərliyinin göstərişi ilə evakuatorların fəaliyyəti dayandırılıb.
“Qafqazino”nun əldə etdiyi məlumata görə, evakuatorların fəaliyyətinin insanlar arasında yaratdığı narahatlıq artıq ən yüksək səviyyədə müzakirə olunub. Hazırda yaranmış durum da məhz bununla bağlıdır. Belə ki, söhbət evakuatorların ləğvindən yox, bu xidmətin ayrı bir quruma verilməsindən gedir. Ümumiyyətlə maşınların qanunsuz olaraq saxlanılması zamanı evakuatorlar tərəfindən cərimə meydançalarına aparılması, ödənən cərimələrin hansı qurumun hesabına yığılması və digər bu saəhədə haqlı narazılıqlara səbəb olan problemlərin aradan qaldırılması nəzərdə tututlur. 
Qeyd edək ki, Bakıda əhalinin ən çox narazı olduğu məsələlərdən biri məhz maşınlarının yerli-yersiz evakutorlar tətərfindən daşınmasıdır. Mətbuatda bu problemlə bağlı onlarla yazı drəc olunub. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM