Ramil Usubovdan yeni rəis təyinatı

15:40 | 06.02.2014
Ramil Usubovdan yeni rəis təyinatı

Ramil Usubovdan yeni rəis təyinatı

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Yardımlı Rayon Polis Şöbəsinin rəisi Fəqan Azadəliyev vəzifəsindən azad edilib.

Nazirin fevralın 5-də imzaladığı başqa bir əmrlə isə Fəqan Azadəliyev Goranboy Rayon Polis Şöbəsinə rəis göndərilib.

Qeyd edək ki, Fəqan Azadəliyev 2012-ci ildən Yardımlı rayonunun polis rəisi olub. O, bu posta Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisliyindən gətirilmişdi.Bölmə rəisliyindən rayon polis şöbəsinin rəisi vəzifəsinə irəli çəkilən F.Azadəliyevi 30-cu bölmədə deputat Aqil Abasın oğlu Tuncay Abbasov əvəz etmişdi. //Milli.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM