Ramil Usubovun yeni müavini kimdir?

18:00 | 02.11.2014
Ramil Usubovun yeni müavini kimdir?

Ramil Usubovun yeni müavini kimdir?

Azərbaycanın daxili işlər naziri Ramil Usubova yeni müavin təyin olunub. Daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov təqaüdə göndərilib. Onun yerinə isə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyin olunub. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis general-mayoru İsmət Əliyev 2009-cu ildədək DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Həmin ilin mayında o zaman polkovnik rütbəsi daşıyan İsmət Əliyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə gətirilib.

1 iyul 2010-cu il tarixində ölkə başçısının müvafiq sərəncamı ilə polis polkovniki İsmət Rəşid oğlu Əliyevə polis general-mayoru ali xüsusi rütbəsi verilib. 

2014-cü ilin noyabrından isə polis general-mayoru İsmət Əliyev daxili işlər nazirinin müavinidir.

Modern.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM