Ramiz Mehdiyev Facebook səhifəsini BAĞLADI

13:13 | 25.02.2014
Ramiz Mehdiyev Facebook səhifəsini BAĞLADI

Ramiz Mehdiyev Facebook səhifəsini BAĞLADI

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Facebook social şəbəkəsindəki rəsmi səhifəsi bağlanıb. Modern.az saytına məlum olub ki, R.Mehdiyevin sosial şəbəkədəki rəsmi səhifəsi dünəndən aktiv deyil.Bununla yanaşı, Prezident Administrasiyası rəhbərinin adına Facebook-da olan 3 saxta profil hələ də bağlanmayıb. 4500 nəfərin bəyəndiyi saxta səhifələrdən birində Ramiz Mehdiyevin adından statuslar yazılır. Məhz bu saxta səhifə hər şeyilə rəsmi səhifəyə oxşar olduğundan həm də çaşdırıcıdır.Bəzi KİV-lər belə, bu saxta səhifədəki statuslardan istifadə edir.Qeyd edək ki, akademik Ramiz Mehdiyevin Facebook sosial şəbəkəsində rəsmi səhifəsi fevralın 4-də fəaliyyətə başlamışdı. Onun bir sıra məsələlərlə bağlı yazdığı statuslar böyük maraqla qarşılanmışdı. Rəsmi səhifəni 15 minə yaxın Facebook istifadəçisi bəyənmişdi.Modern.az-ın əməkdaşı məsələylə əlaqədar Prezident Administrasiyasından münasibət öyrənmək istəsə də, suallara cavab verilməyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM