Rasim Balayev İTV rəhbərliyinə qarşı

18:15 | 24.07.2014
Rasim Balayev İTV rəhbərliyinə qarşı

Rasim Balayev İTV rəhbərliyinə qarşı

"Cəmil Quliyev kimdir ki, məndən xoşu gəlməsin. O heç mənim gözümə görükmür. Bilirsən necədir, ola bilsin həyatdır da, o da zəmanənin yetirməsidir. Amma bunun mənə yaxşı, ya pis münasibət bəsləməyi heç nə demir. Çünki o nə rejissordur, nə bilim kimdir. Dediyim odur ki, onun mənə münasibətinin heç bir dəxli yoxdur. Heç o məni, qətiyyən, narahat eləmir".Bunu Aktual.az-a Rasim Balayev İTV baş direktoru Cəmil Quliyevin ona münasibətini şərh edərkən deyib.R.Balayev bildirib ki, o, heç kimə qarşı olmayıb:"Amma olur da insanın kiməsə qarşı paxıllıq hissi var. Bilirsən, qurban olduğum Allah elə yaradıb ki, hərənin dünyada yaxşı və ya pis yeri var. O gəlib ömrünü sürüb gedir, bəzisi rəhmət qazanır, bəzisi qazanmır. Vəssalam".Xatırladaq ki, vaxtilə Rasim Balayev və Cəmil Quliyev Azərbaycan Kinematoqrafçılar İttifaqında təmsil olunublar. Sonradan tərəflər arasında fikir ayrılığı yaranıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM