Rasim Əliyevin işi üzrə ictimai təhqiqat qrupu yaradıldı

21:08 | 18.12.2015
Rasim Əliyevin işi üzrə ictimai təhqiqat qrupu yaradıldı

Rasim Əliyevin işi üzrə ictimai təhqiqat qrupu yaradıldı

Bu gün ölkənin məşhur jurnalistləri, hüquq müdafiəçiləri, hüquqşünasları və ictimai xadimlərinin iştirakı ilə mərhum jurnalist Rasim Əliyevin işi üzrə ictimai təhqiqat qrupunun ilk toplantısı keçirilib. 
 
ANN.Az xəbər verir ki, toplantıda Rasim Əliyevin ölüm faktı ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən qaldırılmış cinayət işinin vəziyyəti müzakirə edilib, habelə təklif və mülahizələr dinlənilıb. Müzakirələr zamanı jurnalistin ölümündə şübhəli bilinən və hazırda həbsdə olan şəxslərin məsuliyyətdən yayına bilməsi ehtimalı irəli sürülüb. 

Jurnalistin ölüm faktı ilə bağlı  müstəqil araşdırmanın aparılması, görülən işlərin müzakirəsi üçün bu kimi toplantıların mütəmadi keçirilməsi qərara alınıb. 

Xatırladaq ki, jurnalist Rasim Əliyev 8  avqust 2015-ci ildə bir qrup şəxs tərəfindən döyüldükdən sonra 1 nömrəli klinik xəstəxanaya yerləşdirilib və elə orada vəfat edib. Jurnalistin ölüm faktı ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb, hazırda istintaq bitib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM