Rasim Əliyevin vəkili: "Cinayət işinin məhkəməyə verilməsi yaxın 45 gün ərzində gözlənilmir"

11:10 | 01.10.2015
Rasim Əliyevin vəkili:

Rasim Əliyevin vəkili: "Cinayət işinin məhkəməyə verilməsi yaxın 45 gün ərzində gözlənilmir"

 "Hüquqi müstəvidə araşdırılan cinayət işlərinin siyasiləşdirilməsi yolverilməzdir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov bildirib.  

Z.Qaralov deyib ki, jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı açılan cinayət işi üzrə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq əməliyyat qrupu yaradılıb və cinayət işi hərtərəfli araşdırılıb: "Bu cinayətdə iştirak edən şəxslər müəyyən edilərək onların barəsində tədbir görülüb. Yaxın zamanlarda iş məhkəməyə göndəriləcək. Bu məsələnin siyasiləşdirilməsi yolverilməzdir. Dünyanın hər bir ölkəsində jurnalist qətlləri baş verir. Biz bundan təəssüf hissi keşiririk. Bu, bizim cəmiyyətə xas olan hal deyil.

Mərhum jurnalistin vəkili Əsabəli Mustafayev ANN.Az-a açıqlamasında bildirib ki, işin məhkəməyə verilməsi ilə bağlı məlumat yanlışdır: 

"Rasim Əliyevin qətli ilə bağlı cinayət işinin istintaq qrupunun rəhbəri Kamran Məmmədovla görüşdüm. O bildirdi ki, tibbi ekspertizanın rəyi hələ verilməyib. İstintaq işləri davam edir. İşin məhkəməyə verilməsi yaxın 45 gün ərzində gözlənilmir".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM