Rauf Mirqədirov bəyanat yaydı

15:36 | 04.07.2014
Rauf Mirqədirov bəyanat yaydı

Rauf Mirqədirov bəyanat yaydı

Jurnalist: "Dəstək olan hər bir şəxsə minnətdarlığımı bildirirəm"

Atasının qırx mərasimində iştirakına icazə verilməyən həbsdə olan jurnalist Rauf Mirqədirov bəyanat verib. Bu barədə ANS PRESS-ə jurnalistin vəkili Fuad Ağayev məlumat yayıb. Bəyanatda bunlar qeyd olunub:

“İstintaq orqanı tərəfindən atamın 40 mərasimində iştirak etməyimə icazənin verilməməsini anlayışla qəbul etsəm də, bununla bağlı vəkillərimin istintaqa edilmiş müraciətlərinə heç bir rəsmi cavabın verilməməsini növbəti qanun pozuntusu kimi qiymətləndirirəm. Eyni zamanda mənə bu gündə dəstək olan hər bir şəxsə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, ötən gün Mirqədirovun atasının “40 mərasimi” keçirilib. 

Xatırladaq ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist Rauf Mirqədirovun dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM