Rauf Mirqədirovun işindən xəbər var

15:03 | 24.04.2014
Rauf Mirqədirovun işindən xəbər var

Rauf Mirqədirovun işindən xəbər var

“Rauf Mirqədirovun qanunsuz həbs olunması ilə bağlı artıq apellyasiya şikayəti verilib”.

Bunu Modern.az saytına “Ayna-Zerkalo” qəzetinin siyasi icmalçısı, dövlətə xəyanətdə şübhəli bilinən Rauf Mirqədirovun vəkili Fuad Ağayev deyib. O bildirib ki, vaxtı dəqiq olmasa da,  bu gün Rauf Mirqədirovla görüşü nəzərdə tutulur. Vəkilin sözlərinə görə apellyasiya şikayətinə hələ heç bir cavab verilməyib.

“Bir yenilik olsa, xəbər edəcəklər”,-deyə F. Ağayev söyləyib.

Qeyd edək ki, Türkiyədən Azərbaycana deportasiya olunan R. Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

R. Mirqədirov Ermənistan xüsusi xidmət orqanları əməkdaşlıqda şübhəli bilinir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti