Rayonlara leysan yağacaq

15:06 | 02.10.2015
Rayonlara leysan yağacaq

Rayonlara leysan yağacaq

Oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 15-19 dərəcə, gündüz  23-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 14-19, gündüz 23-28 dərəcə, dağlıq rayonlarda gecə 7-12, gündüz  18-23 dərəcə isti olacaq.

Oktyabrın 3-dən 5-dək Abşeron yarımadasında meteoloji amillərin mülayim tərəddüdü  meteolojiinsanlar üçün əsasən əlverişlidir.

Hidrometeoroloqlar gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq da edib. Oktyabrın 2-si axşamdan 6-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək, qərb küləyi əsəcək, ayrı-ayrı  yerlərdə arabir güclənəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti