• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı vokalçı Moskva Dövlət Konservatoriyasında konsert verəcək

Azərbaycanlı vokalçı Moskva Dövlət Konservatoriyasında konsert verəcək
29.05.2020 04:39
Azərbaycanın əməkdar artisti, Rusiya Böyük Teatrının solisti Dinara Əliyeva P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında konsert verəcək. 

"Report" xəbər verir ki, konsert proqramı oktyabrın 17-də olacaq. İfaçı Rusiyanın "Orfey" radio simfonik orkestri ilə birlikdə çıxış edəcək.

Qeyd edək ki, D.Əliyeva Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun məşhur italyan bəstəkarı Cüzeppe Verdinin 200 illiyi münasibətilə Kolmar (Fransa) və Praqada (Çexiya) "GalaVerdi" adlı solo konsertləri uğurla keçib.

O, Böyük Teatrda bir sıra klassik opera qəhrəmanlarının obrazlarını, eləcə də Yohann Ştrausun "Yarasa" operettasında Rozalinda obrazını yaradıb.
D.Əliyeva Azərbaycan və rus xalq mahnılarından, opera və operettalardakı ariyalardan romans və cazadək müxtəlif əsərləri ifa edir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol