"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
“Sabah” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununa hakim təyinatları açıqlanıb.
Liqa mərhələsinin III turunun matçını İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Xavyer Alberola Roxasa həmyerliləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Qarsiya Verdura yerinə yetirəcək.
VAR hakimi Sesar Soto Qrado, AVAR hakimi isə Valentin Qomes olacaq.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya” oyunu saat 20:45-də başlayacaq.
Son xəbərlər
Daha çox