• $ 1.7
  • € 1.9672
  • ₽ 0.021247
  • ₺ 0.0404
  • £ 2.2367

Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda - FOTOLAR

Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda - FOTOLAR
26.08.2015 11:15
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib.

www.mehriban-aliyeva.az ünvanında yerləşən sayt Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyatı və ictimai-siyasi fəaliyyətini əks etdirir.
 
"Xəbərlər”, "Bioqrafiya”, "Fəaliyyət”, "Səfərlər”, "Görüşlər”, "Müsahibələr”, "Çıxışlar” və digər bölmələrdən ibarət olan saytda Mehriban Əliyevanın Heydər Əliyev Fondu və Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Azərbaycan Mədəniyyəti Fondunun rəhbəri, millət vəkili, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti, çıxışları və müsahibələri, eləcə də həyatına dair müxtəlif məlumatlar, foto və videolar izləyicilərə təqdim olunur.
 
Azərbaycan, rus və ingilis dillərində hazırlanmış saytda, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təltif olunduğu müxtəlif mükafatlar barədə məlumatlar, mətbuatda yer almış məqalələr yerləşdirilib.
 
İzləyicilər saytın foto və video bölməsində Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti ilə yanaşı, ailə fotoalbomu, eyni zamanda ölkənin birinci xanımının iştirak etdiyi ayrı-ayrı tədbirlər, görüşlər zamanı maraqlı anları əks etdirən fotolarla da tanış ola bilərlər.
 
Saytda uşaqlar üçün səhifə də yaradılıb. Bu səhifədə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğının əsas yer tutması barədə məlumat verilir, həmçinin onlar üçün "Azərbaycanım”, "Oyunlar”, "Bu maraqlıdır” kimi bölmələrdə maarifləndirici oyun və məlumatlar təqdim olunur.  
"Azərbaycanım” bölməsində uşaqlara tariximiz, adət-ənənələrimiz, unudulmaz tarixlərimiz barəsində informasiyalar çatdırılır. Saytda uşaqlar üçün yaradılan səhifədə eyni zamanda müxtəlif cizgi filmlərini də izləmək mümkün olacaq.  
 
Qeyd edək ki, saytın mobil telefon və planşetlər üçün versiyası da istifadəyə verilib.
 
 







www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan ordusunun döyüş hazırlığı  - FOTOLAR
10:14
Azərbaycan ordusunun döyüş hazırlığı - FOTOLAR
Hərbi Dəniz Qüvvələri döyüşə belə hazırlaşır - FOTOLAR
22:38
Hərbi Dəniz Qüvvələri döyüşə belə hazırlaşır - FOTOLAR
DİP sədrinə seçicilərdən dəstək: Asim Mollazadə görüş keçirdi - FOTO
17:56
DİP sədrinə seçicilərdən dəstək: Asim Mollazadə görüş keçirdi - FOTO
Asim Mollazadə: “Azərbaycanın savadlı və peşəkar gənclər ordusuna ehtiyacı var”
17:43
Asim Mollazadə: “Azərbaycanın savadlı və peşəkar gənclər ordusuna ehtiyacı var”
Seçicilərdən Asim Mollazadəyə böyük dəstək
17:56
Seçicilərdən Asim Mollazadəyə böyük dəstək
Türk şahinləri Bakı səmasında - FOTOLAR
15:35
Türk şahinləri Bakı səmasında - FOTOLAR
Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda - FOTOLAR
11:15
Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda - FOTOLAR
Ordumuzdan növbəti təlim - Fotolar
23:42
Ordumuzdan növbəti təlim - Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol