UEFA prezidenti Mişel Platini Bakıya gələcək
FİFA prezidenti vəzifəsinə namizəd Azərbaycan - İtaliya matçını izləyəcək
UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd Mişel Platini Bakıya gələcək. "Report"un məlumatına görə, səfər AFFA-nın dəvəti ilə oktyabrda baş tutacaq.
M.Platini Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək və AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcək.
Qeyd edək ki, UEFA prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasının 2013-cü il sentyabrın 21-də keçirilmiş təməlqoyma mərasimində iştirak edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox