• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

XİN: Ermənistan rasizm meylli təhlükəli siyasətə son qoymalıdır

XİN: Ermənistan rasizm meylli təhlükəli siyasətə son qoymalıdır
10.09.2015 14:15
 "Azərbaycan Respublikasının dövlət atributlarının, o cümlədən bayrağının təhqir edilməsi yolverilməzdir”.

Bu sözləri APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Gürcüstandakı erməni ictimai təşkilatları və erməni apostol kilsəsinin yeparxiyası tərəfindən gənc ermənilərin işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfərləri çərçivəsində Azərbaycanın dövlət atributlarının təhqir edilməsi faktı ilə bağlı deyib.
 
Onun sözlərinə görə, mənəvi və etik çərçivədən kənar olan bu kimi davranış bir daha onu göstərir ki, Ermənistan və erməni diaspor təşkilatları tərəfindən gənclər arasında irqi ayrı-seçkilik, ksenofobiya, etnik nifrət, "ASALA” terrorçularından "qəhrəman” obrazının yaradılması, terrorizm və ekstremizmin ideoloji təbliğatı siyasəti aparılır: "Bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan erməni və Azərbaycan xalqlarının etnik uyğunsuzluğu barəsində rasizm meylli fikirlər söyləmiş, Ermənistan prezident Serj Sarkisyan isə erməni gəncləri qarşısında çıxış edərək, ermənilərin "üstün genetik xüsusiyyətləri” və qonşu dövlətləri nəzərdə tutaraq, erməni gəncləri qarşısında "tarixi erməni torpaqları”nı azad etmək kimi missiyanın durması barəsində çağırışlar etmişdi.
 
Ermənistanda dövlət səviyyəsində irqi ayrı-seçkilik, ekstremizm və terrorizm əsasında aparılan bu kimi ideoloji təbliğat, gənc nəsil, o cümlədən diaspordan olan gənclərin bu ruhda tərbiyə edilməsi və erməni apostol kilsəsinin yeparxiyasının da bu proseslərdə iştirakı bütün regionu ciddi potensial təhlükələr qarşısında qoyur. Ermənistan və erməni diaspor təşkilatları rasizm meylli bu təhlükəli siyasətə son qoymalı, gənc nəsli radikalizm, ekstremizm və terrorizm meyllərindən çəkindirməli və qonşu xalqlar və dövlətlərlə barışığa, dostluğa və sülhə səsləyən siyasət yürütməlidir”.
 
Qeyd edək ki, erməni əsilli Gürcüstan vətəndaşları mediada Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərləri, orada Azərbaycanın dövlət atributlarını, o cümlədən bayrağını təhqir etmələri ilə bağlı faktlar, fotolar paylaşıblar.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol