• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

​Hafiz Məmmədov: "Bakı" əvvəlkindən də güclü olacaq"

​Hafiz Məmmədov:
11.09.2015 11:25
"Bakı"nın prezidenti Hafiz Məmmədov futbol klubunun bazasını ziyarət edib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Məmmədov I divizionun ilk turu çərçivəsində "Şərurspor"a qarşı baş tutan oyundan sonra bazaya baş çəkib.

Komandanı 2:1 hesablı qələbə münasibəti ilə təbrik edən klub prezidenti bundan sonra hər şeyin yaxşı olacağını vurğulayıb. O, "Bakı"da yaranmış problemlərdən danışaraq komandanın əvvəlki kimi iddialı olacağını deyib: "İlk növbədə, sizi əzmkar qələbə münasibəti ilə təbrik edirəm. Sona qədər mübarizə aparıb, layiqli qələbə qazanmağınız məni çox sevindirdi. Son aylar "Bakı"da müəyyən problemlər oldu. Amma bundan sonra hər şey yaxşı olacaq. Maaşlarınızı vaxtı-vaxtında alacaqsınız. Tezliklə "Bakı" əvvəlki kimi iddialı olacaq"

H.Məmmədov kluba sadiq qalan futbolçuların, məşqçilərin, komandanın əməkdaşlarının sədaqətini qiymətləndirdiyini və daim onlarla birgə olacağını söyləyib: "Qısa zaman ərzində bütün çatışmazlıqlar aradan qalxacaq və "Bakı" əvvəlkindən də güclü olacaq".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol