• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev: Belə dəyərlər bizə lazım deyil

İlham Əliyev: Belə dəyərlər bizə lazım deyil
15.09.2015 15:51
"Biz ölkəmizi qoruyacağıq”.

Görün indi, Avropda hansı dəhşətli hadisələr baş verir. Yazıq insanlara, müharibədən qaçan insanlara qarşı hansı işgəncələr verirlər. Budurmu Avropa dəyərləri? Budurmu uzun illər bəyan etdikləri prinsiplər? Bəs haradadır toleratnlıq, haradadır multikultiralizm, xeyirxahlıq, mərhəmət? Biz bunları görmürük. Nəyi görürük? Dini, milli zəmində ədavt, ayrı-seçkilik, diskriminasiya, islamafobiya, ksenofobiya, fazişm, irqçilik. 

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonundakı 148 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşdə deyib. 

Dövlət başçısının sözlərinə görə, bu dəyərləri bəziləri Azərbaycanda da tətbiq etmək istəyirlər. 

"Belə dəyərlər bizə lazım deyil. Qoy özləri üçün qalsın. Bu gün Avropa məkanında yaşanan bu böhran mənəvi böhran, mənəvi sarsıntıdır. Avropa dəyərləri demək olar ki, onların bəyan etdikləri kimi görünmür. Biz bunu görmürük. Ona görə bu gün dünya dəyişir, beynəlxalq hüquq pozulur, bəzi dairələr öz iç üzünü açırlar. Daha pərdələnə bilmirlər”, - prezident deyib. 

İlham Əliyev Azərbaycanın milli dəyərlərinin mənəviyyat, vətənpərvərlik, ləyaqət və milli qürürun olduğunu qeyd edib.

"Budur bizim dəyərlərimiz və biz bu dəyərləri qoruyacağıq. Biz qarşı aparılan kampaniyalara biz layiqli cavabımızı veririk və verəcəyik. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz, bizi müstəqillik, azadlıq yolundan döndərə bilməz. 

Biz ölkəmizi qoruyacağıq və Azərbaycan xalqının seçimini müdafiə edəcəyik. Bizim seçimimiz isə inkişaf, tərəqqi, sabitlik, xoş niyyət, xeyirxahlıqdır. Budur Azərbaycan dəyərləri. Bəyan etdiyimiz və həyatda gördüyümüz dəyərlər”, - dövlət başçısı deyib.  

İlham Əliyev əmin olduğunu bildirib ki, ölkənin qarşısında duran bütün vəzifələr uğurla icra olunacaq. 

"Bizim iradəmiz, güclü iqtisadi imkanlarımız və müstəqil siyasətimiz var”, - dövlət başçısı deyib.  


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Marqvelaşvili:
12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
10:31
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
Milli Məclisə
10:14
Milli Məclisə "əlvida" deyən deputatlar - SİYAHI
Azərbaycan ordusunun döyüş hazırlığı  - FOTOLAR
10:14
Azərbaycan ordusunun döyüş hazırlığı - FOTOLAR
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır  - FOTO
09:57
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır - FOTO
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
09:37
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
09:29
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
09:10
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol