• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Prezident: Bakıda təmirsiz məktəb qalmayacaq

Prezident: Bakıda təmirsiz məktəb qalmayacaq
15.09.2015 17:30
"Belə gözəl məktəbdə nəticələr də daha yaxşı olmalıdır”.

Bakı şəhərində bu il 10-dan çox məktəb əsaslı şəkildə təmir edilib və tikilib. Son illər ərzində Bakıda 250-dən çox məktəb yenidən qurulub, tikilib, təmir olunub. Bakıda məktəblərin sayı 300-dən yuxarıdır. Bu proses davam edir. Əminəm ki, yaxın bir-iki il ərzində Bakıda təmirsiz məktəb qalmayacaq.

Ölkəmizdə də işlər yaxşı gedir, məktəblər tikilir. Son 10 ildə bölgələrdə 3 mindən artıq məktəb tikilib.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonundakı 148 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşdə deyib.

Dövlət başçısının sözlərinə görə, təhsilin maddi-texniki bazası möhkəmlənir və təhsilin keyfiyyəti də artır və daha da artmalıdır. 

"Belə gözəl məktəbdə nəticələr də daha yaxşı olmalıdır, çünki təhislin səviyyəsi hər bir ölkənin ümumi səviyyəsini şərtləndirir.  O ölkələr sürətlə inkişaf edir ki, orada insanlar biliklidir, savadlıdır. Bizdə savadlılıq ən yüksək səviyyədədir, haradasa 100%-ə yaxındır. Hesab edirəm ki, bu böyük nailiyyətdir. 

Lakin dünyada gedən elmin inkişafı, texnoloji inkişaf, yeni texnologiyaların yaranması bizdən də tələb edir ki, öz inkişafımızı dünyada gedən tendensiyalarla uyğunlaşdıraq. Burada təhsilin səviyyəsi ən başlıca şərtdir. Bizim gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə həyatda özləri üçün layiqli yer tutsunlar və ölkəmizin inkişafına öz töhfələrini versinlər”, - İlham Əliyev deyib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Marqvelaşvili:
12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
10:31
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
Milli Məclisə
10:14
Milli Məclisə "əlvida" deyən deputatlar - SİYAHI
Azərbaycan ordusunun döyüş hazırlığı  - FOTOLAR
10:14
Azərbaycan ordusunun döyüş hazırlığı - FOTOLAR
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır  - FOTO
09:57
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır - FOTO
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
09:37
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
09:29
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
09:10
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol