• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Azərbaycanın qaza artan tələbatını “Qazprom” ödəyəcək

Azərbaycanın qaza artan tələbatını “Qazprom” ödəyəcək
16.09.2015 10:36
Rusiyanın "Qazprom” korporasiyası və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyadan Azərbaycana qaz tədarükünün bərpa edilməsinin perspektivlərini  müzakirə ediblər.
 
APA-nın verdiyi xəbərə görə, bu barədə "Qazprom” şirkətindən "TASS” xəbər agentliyinə daxil olmuş press-relizdə bildirilir.  

"Tərəflər enerji sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət "Qazprom” tərəfindən Azərbaycana təbii qaz tədarükünün bərpa edilməsindən gedib”, deyə məlumatda qeyd olunub.

Məlumatda vurğulanır ki, qaz ixracı Azərbaycanın bu enerji daşıyıcısına artan ehtiyaclarını ödəməyə imkan verəcək. 

Qeyd edək ki,  "Qazprom” korporasiyasının rəhbəri Aleksey Miller və SOCAR prezidenti Rövnəq Abdullayev arasında görüş ötən gün Rusiyanın Sankt Peterburq şəhərində baş tutub.

Xatırladaq ki, "Qazprom”la Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Azərbaycan qazının alqı-satqısına dair müqavilə 2009-cu ilin oktyabrında bağlanılıb. Müqaviləyə əsasən, qazın nəqli 1 yanvar 2010-cu ildə başlanıb. 2012-ci ilin yanvarında isə tərəflər qüvvədə olan müqaviləyə əlavəni imzalayıblar.

2013-cü ildə Rusiyaya nəql olunan Azərbaycan qazının həcmi 1,4 mlrd kubmetr olub, 2014-cü ildə bu göstərici 0,21 mlrd kubmetrə enib.

2015-ci ildə Azərbaycan Rusiyaya qaz nəqlini dayandırıb. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
İqtisadiyyat 14:12
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
İqtisadiyyat 13:37
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
İqtisadiyyat 12:49
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol