• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

​"Şahdəniz" yatağından 64 mlrd. kubmetr qaz hasil olunub

​
21.09.2015 11:57
 Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının 1-ci mərhələsi çərçivəsində indiyədək 64,1 mlrd. kubmetr qaz, 16,3 mln. ton kondensat hasil olunub. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Neftçilər günü münasibətilə "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində qeyd olunub.

R.Abdullayev bildirib ki, istismar dövrünün başlanğıcından 2015-ci il sentyabrın 1-dək yerli və xarici bazarlara 63,5 mlrd. kubmetr qaz, 16,3 mln. ton kondensat nəql edilib: "Dəniz akvatoriyalarındakı ən iri yataqlardan sayılan "Şahdəniz”in ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. tondan artıq kondensat həcmində qiymətləndirilir. Hazırda yataqda orta gündəlik hasilat 29 mln. kubmetr qaz və 6,9 min ton kondensat həcmindədir. İstismarda olan "Şahdəniz-1” mərhələsinin hasilat gücü ildə 9 mlrd. kubmetr təbii qaz təşkil edir".
"İşlənmənin 2-ci mərhələsi, "Faza-2” çərçivəsində isə yataqda illik hasilatı minimum 16 mlrd. kubmetrə çatdırmaq üçün müvafiq tədbirlər görüləcək. Belə ki, "Şahdəniz-2” layihəsi çərçivəsində iki yeni platforma inşa ediləcək, 26 quyu qazılacaq, sualtı avadanlıqlar quraşdırılacaq, Səngəçal terminalı genişləndiriləcək, eyni zamanda 500 km-lik sualtı boru kəmərləri çəkiləcək. Hazırda layihə üçün 23 ölkədən 162 avadanlıq təchizatçısı cəlb olunub, mühəndislik, tikinti və təchizat üzrə müqavilələr imzalanıb, istismar quyularından 8-nin qazması tamamlanıb", - deyə SOCAR prezidenti məqaləsində qeyd edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
İqtisadiyyat 14:12
Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
İqtisadiyyat 13:37
Prezident 2026-cı ilin dövlət büdcəcini təsdiqləyib - Sərəncam
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
İqtisadiyyat 12:49
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol