PA sektor müdirinin deputatlığa namizədliyi qeydə alındı
Azərbaycan Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Kamran Bayramovun deputatlığa namizədliyi qeydə alınıb.
"Report"un məlumatına görə, K.Bayramov 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəddir. Onun namizədliyini hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri bu ilin noyabrın 1-də keçiriləcək.
www.ann.az
Son xəbərlər
Daha çox