• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

AŞPA komitəsində Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul edildi

AŞPA komitəsində Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul edildi
23.11.2015 22:27
Bu gün AŞPA Sosial Məsələlər Komitəsinin Paris iclasında "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsi səsvermə ilə qəbul edilib.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması "ekoloji təcavüz” kimi qiymətləndirilir, ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməli olduğu, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanır.
 
AŞPA bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir. Parlament Assambleyası Ermənistan Parlament nümayəndə heyətinin və Ermənistan hakimiyyətinin bu məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini qəti pisləyir, bu rəftarı Avropa Şurasının tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə zidd hesab edir və deputatların mandatı dövründə yarana biləcək buna bənzər hallarda görülə biləcək tədbirləri nəzərdən keçirəcəyini bildirir.
 
"Mən qürur hissi ilə bildirirəm ki, bu ilin noyabr ayında AŞPA-da, təşəbbüskarı və müəllifi olduğum 3 qətnamə layihəsi qəbul edildi – işğal edilmiş torpaqlarımız, soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi ilə bağlı qətnamə təkliflərim əsasında Robert Volterin hazırladığı "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair”  Siyasi Məsələlər Komitəsində 4 noyabrda və bu gün Sosial Məsələlər Komitəsində Sərsəng su anbarına dair qətnamələr. İki illik gərgin mübarizə nəticəsində qəbul edilən bu rəsmi sənədlər Ermənistanın işğalçı siyasətini bütün dünyaya bəyan edir, onların Azərbaycan torpaqlarını özününküləşdirmə niyyətini puç edir və bu qətnamələrin ciddi nəticələri gözlənilir.   Bu qətnamələr Azərbaycan prezidenti cənab İlham Əliyevin xarici siyasətinin növbəti uğurudur. Bu, mənim bir Azərbaycan övladı kimi vətənimə, xalqıma, seçicilərimə olan borcumun bir damlasıdır. Ümid edək ki, bu qətnamə layihələri AŞPA-nın 2016-cı ilin yanvar sessiyasında öz təsdiqini tapacaqdır. Gəlin yanvar qələbəsinə də ümid bəsləyək. Çünki bu, bizim haqq səsimizdir!”, - deyə E. Süleymanov vurğulayıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident ailəsi ilə “Bakı Ağ Şəhər”də olub
Siyasət 12:22
Prezident ailəsi ilə “Bakı Ağ Şəhər”də olub
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət 21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Siyasət 19:54
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:57
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Siyasət 17:48
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Siyasət 17:37
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Siyasət 17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Siyasət 16:33
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Siyasət 16:25
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol