İlham Əliyev koreyalı həmkarına başsağlığı verdi
Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyə başsağlığı verib.
"Report”un xəbərinə görə, dövlət başçısının başsağlığı məktubunda deyilir:
"Hörmətli xanım Prezident,
Koreya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Kim Yon Samın vəfatı xəbəri məni kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
www.ann.az
Son xəbərlər
Daha çox