• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

“Bizi İŞİD-lə neft alverində günahlandırmaq qeyri-əxlaqidir”

“Bizi İŞİD-lə neft alverində günahlandırmaq qeyri-əxlaqidir”
03.12.2015 19:35
"Türkiyə olaraq Balkanlara, Qafqaza, Aralıq dənizi hövzəsinə, İraqa necə biganə qala bilməriksə, Suriyada baş verənlərə də o cür biganə qala bilmərik. Rusiya Suriyada nə axtarır? Deyirlər ki, Suriya rəhbərliyi dəvət edib, ona görə getmişik. Hər dəvəti qəbul etmək məcburiyyətində deyilsiniz. 380 min adamı öldürən qatil Əsədin dəvətinə razılaşmaq məcburiyyətində deyilsiniz. O, qeyri-legitim bir hökumətdir. Bunu hörmətli Putinə də çox söylədim”.  

APA-nın "milliyet.com.tr” saytına istian dən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Türk İş” həmkarlar təşkilatının qurultayında çıxış edərkən deyib. O bildirib ki, İŞİD-i bəsləyən də Suriya rejimidir: "Rusiyada son günlər bir moda var, guya Türkiyə İŞİD-den neft alır. Üstəlik, ailəmi də bu işə qatırlar. Bu, əxlaqi deyil. Bunu daha əvvəl İran televiziyaları da etmişdi. İran prezidenti ilə danışdım, dedim ki, "baxın, siz çox böyük yanlışa yol verirsiniz, əgər belə davam edərsə, bunun nəticəsi İran üçün çox ağır ola bilər”. Təxminən 10 gün davam etdilər, sonra dayandırdılar. İftira, yalan üzərində qurulan sistemlər bu işə daha çox əl atır. Bu iddialarını sənədlərlə sübut etsələr, mən bu vəzifədə qalmaram, amma sübut edə bilməsələr, onlar öz postlarında qalacaqmı? O zaman Putin də vəzifəsini tərk etsin”.

R. T. Ərdoğan Türkiyənin öz suveren hüquqlarından ən kiçik güzəştə belə getməyəcəyini vurğulayıb: "Bu millət ac qalar, amma istiqlalından vaz keçməz”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Dünya 18:36
Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilib
Fatih Altaylı azadlığa buraxılıb
Dünya 18:25
Fatih Altaylı azadlığa buraxılıb
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Dünya 13:45
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar seçkiləri təsdiqləyib
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Dünya 09:18
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Dünya 19:24
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol