• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Taksi sürücüləri xüsusi hazırlıq keçəcəklər

Taksi sürücüləri xüsusi hazırlıq keçəcəklər
22.12.2015 16:39
Azərbaycan prezidenti İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 20 oktyabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
 
Müəyyən edilib ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması fəaliyyəti prezidentin "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 2015-ci il 19 oktyabr tarixli fərmanına əsasən lisenziyalaşdırma sahəsində müəyyən ediləcək yeni qaydalar nəzərə alınmaqla həyata keçiriləcək.
 
"Avtomobil nəqliyyatı haqqında” qanuna aşağıdakı dəyişikliklər edilib: 14.1.2-ci maddədə "buraxılmış” sözündən sonra "Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş tələblərə cavab verən” sözləri əlavə edilib, 14.2.5-ci maddədə isə "həmin avtonəqliyyat vasitələrinin” sözləri "Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş istismar müddəti tələblərinə cavab verdiyini təsdiq edən avtonəqliyyat vasitələrinin buraxılış ili haqda və” sözlərlə əvəzlənib.
 
Eyni zamanda aşağıdakı məzmunda 14.2.8-1-ci maddə əlavə edilib: "14.2.8-1. taksi minik avtomobilləri ilə sərnişin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında şəhadətnamə”.
 
8. 15.5-ci maddədə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib: "Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına xüsusi razılıq (lisenziya) verilərkən və həmin avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi zamanı avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilən nəqliyyat vasitəsinin texniki baxış talonu ilə müəyyən edilir”.
 
27.3-cü maddəyə isə aşağıdakı məzmunda ikinci – dördüncü cümlələr əlavə edilib: "Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
İqtisadiyyat 12:49
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
İqtisadiyyat 12:02
Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
Azərbaycanın kartof ixracı artıb
İqtisadiyyat 10:48
Azərbaycanın kartof ixracı artıb
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
İqtisadiyyat 10:04
Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
İqtisadiyyat 07:14
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol