• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

ADU-da elmi seminar keçirildi - Fotolar

ADU-da elmi seminar keçirildi - Fotolar
22.12.2015 15:24

Dekabr 22-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfərinin yekunlarına həsr olunmuş "Azərbaycan-Çin siyasi əməkdaşlığının yeni mərhələsi” adlı elmi seminar keçirildi.
 
ADU-nun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına son səfəri haqqında məlumat verərək iki ölkə arasında mövcud olan dostluq və çoxtərəfli əlaqələrin inkişaf etməsindən, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin tarixi əhəmiyyətindən danışdı. O, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Çin rəhbərliyinin ədalətli dəstəyinin əhəmiyyətini vurğuladı.
 
Seminarda çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, tarix elmləri doktoru Nurulla Əliyev "Uzaq Şərqin müasir geosiyasətinin xüsusiyyətləri” mövzusunda danışaraq Asiyanın hərbi-siyasi, geostrateji və geoiqtisadi proseslərində Çinin rolu haqqında məlumat verdi.
 
Sonra ÇXR-nin Azərbaycandakı səfirliyinin İqtisadiyyat və Ticarət məsələləri üzrə müşaviri Yuy Xunçı sənaye, nəqliyyat və logistika sahəsində Azərbaycan-Çin əməkdaşlığının perspektivləri barədə danışdı.
 
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun "Ərəb ölkələrinin tarix və iqtisadiyyatı" şöbəsinin müdiri Fərda Əsədov çıxışında orta əsrlərdə türk dövlətinin formalaşmasında Çinin imperiya ənənələrinin rolunu vurğuladı.
 
Seminar çərçivəsində Nurulla Əliyevin bölgədə nəzarət yaratmaq üzrə geosiyasi mübarizəyə həsr olunmuş "Qərb şahmat lövhəsinin Şərq xüsusiyyətləri” (Xəzər və Asiya-Sakit okeanı regionlarında Çin və geosiyasi rəqabət) adlı kitabın təqdimatı da keçirildi.
 
Seminarda ÇXR-in Azərbaycandakı səfirliyinin attaşesi Sya Fan, ADU-nun Beynalxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova da iştirak edirdi.
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Cəmiyyət 15:10
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Cəmiyyət 10:42
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Cəmiyyət 16:26
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Cəmiyyət 13:25
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Cəmiyyət 17:34
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Cəmiyyət 22:30
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Cəmiyyət 18:35
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol