• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Türkiyə klubu son 5 ayda 5 baş məşqçi dəyişib

Türkiyə klubu son 5 ayda 5 baş məşqçi dəyişib
30.12.2015 23:06
Məşqçilərdən biri 50 dəqiqə işləyib

Türkiyənin "Gənclərbirliyi" futbol klubu maraqlı statistika ilə diqqət cəlb edir. "Report"un məlumatına görə, 82 yaşlı klub prezidenti İlhan Cavcav cari mövsümdə 5-ci baş məşqçi ilə yollarını ayırıb.

Mövsümə Stuart Baksterlə başlayan komanda 2 həftə ərzində qeydə alınan məğlubiyyətdən sonra əcnəbi mütəxəssislə yolları ayrılıb. Bundan sonra Mehmet Özdileklə müqavilə imzalanıb və qış fasiləsinə 2 həftə qalmış o da göndərilib. Daha sonra boş qalmış post müvəqqəti olaraq 2-ci liqada mübarizə aparan "Hacettepe"nin baş məşqçisi Mustafa Kaplana həvalə olunub. Lakin XVII turda "Fənərbağça" məğlubiyyətindən sonra komandada yenə baş məşqçi dəyişikliyi baş verib. İ.Cavcav bu dəfə isə Fuat Çapanı kluba gətirib və 50 dəqiqə içərisində onunla yolları ayrılıb. Sonda isə tez-tez komanda dəyişikliyi ilə tanınan Yılmaz Vuralın "Gənclərbirliyi"ndəki fəaliyyəti cəmi 5 gün çəkib.
İndi isə klub prezidenti mövsümdə 6-cı baş məşqçi qismində iki namizədi nəzərdən keçirir. Bunlar Sergen Yalçın və Mesut Bakkaldır. İlk olaraq, Yalçına üstünlük verəcəyi gözlənilən Cavcavın problem yaranacağı təqdirdə Bakkalla anlaşacağı bildirilir.

Qeyd edək ki, "Gənclərbirliyi" Türkiyə Super Liqasında ilk dövrəni 18 komanda arasında 16-cı pillədə başa vurub.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol