• $
  • £

Piyadalara qarşı cərimələr artırılır

Piyadalara qarşı cərimələr artırılır
08.01.2016 17:24
Azərbaycanda piyada keçidindən kənarda yolu keçən piyadalar üçün cərimələr artırılır.

Yol hərəkəti üzrə ekspert, Digesta hüquq firmasının direktoru Ərşad Hüseynov Oxu.Az-a bildirib ki, bu, Milli Məclis tərəfindən yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsində "Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması” maddəsində öz əksini tapıb.

Ekspert bildirib ki, hazırda qüvvədə olan qanunvericiliyə görə piyada keçidindən kənarda yolu keçən piyadalar üçün 20 manat cərimə nəzərdə tutulur:

"Yeni layihə bu qayda pozuntusunu törədən piyada üçün 30 manat cərimə müəyyən edir. Lakin piyadaların törətdikləri digər qayda pozuntularına (məsələn, svetoforun qırmızı işığından keçmə, operativ nəqliyyat vasitəsinə yol verməmə və s.) görə cərimə əvvəlki kimi 20 manat olaraq qalır”.

Ərşad Hüseynov hesab edir ki, artıq piyadalar daha diqqətli, daha məsuliyyətli olmalıdırlar:

"Mən hesab edirəm ki, bu dəyişikliyə ehtiyac yoxdur. Elə 20 manat miqdarında cərimə də yetərli idi. Amma heç kim məsuliyyətdən kənarda qalmamalıdır”.

Qeyd edək ki, Yeni İnzibati Xətalar Məcəlləsi mayın 1-dən qüvvəyə minəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:29
Sabah bu ərazilərdə qaz olmayacaq
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
Cəmiyyət 19:30
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
"TikTok"da ödəniş sistemlərini təqlid edən saytlar aşkarlanıb
Cəmiyyət 19:05
"TikTok"da ödəniş sistemlərini təqlid edən saytlar aşkarlanıb
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Cəmiyyət 18:55
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
Cəmiyyət 18:49
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir
Cəmiyyət 18:11
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olunub
Cəmiyyət 18:08
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olunub

Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıq müzakirə edilib
Cəmiyyət 17:38
Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıq müzakirə edilib


AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır
Cəmiyyət 17:22
AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol