“Gənc sahibkar” layihəsi gənclərdə maraq oyadıb
"Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu”nun qrant dəstəyi hesabına "Gənclik və maarifçilik” İctimai Birliyi gənclərin sahibkarlıq sahəsində maarifləndiriliməsi məqsədi ilə "Gənc sahibkar” layihəsini uğurla həyata keçirir.
4 ay ərzində icra ediləcək layihə çərçivəsində gənclərə sahibkarlıq fəaliyyəti barədə zəruri biliklərin verilməsi, onlarla bu istiqamətdə təşviqat xarakterli işlərin aparılması nəzərdə tutulur. Layihə çərçivəsində müxtəlif universitetlərdən olan gənclərə xüsusi təlim proqramı əsasında qısamüddətli təlim kursları keçiriləcəkdir. Bu təlimlərdə gənclərə sahibkarlıq fəaliyyətinin mahiyyəti, hüquqi bazası, biznesin təşkili və idarəedilməsi, innovasion sahibkarlıq, müasir texnologiyalar əsasında biznesin aparılması, İnternetin biznes imkanları, startaplar və s. mövzularda məlumatlar veriləcək, praktik biznes fəaliyyətə başlamaq üçün yol xəritəsi izah ediləcəkdir. Layihə çərçivəsində 40 nəfər gəncin təlimlərə cəlb ediləcəkdir. Layihənin icrasının ilkin mərhələsi göstərdi ki, gənclərin bu sahəyə böyük marağı var.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox