• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Azərbaycan prezidenti: “Manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi”

Azərbaycan prezidenti: “Manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi”
11.01.2016 23:02
"2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib. Bu da çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməyib. Bu da mümkün deyildi”.
 
APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin iclasındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident qeyd edib ki, neftin qiyməti 3-4 dəfə aşağı düşməsi manatın məzənnəsinin əvvəlki səviyyədə qalmasına imkan verməyib: "Manatın məzənnəsi devalvasiyaya uğrayıb. Bu da qaçılmaz idi.  Eyni zamanda, qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğrayıb. Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranıb”.
 
Prezident bildirib ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini sırf iqtisadi amillərlə bağlamaq doğru deyil: "Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıb. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərib. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edildi
Siyasət 09:17
Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edildi
İlham Əliyev 5 milyon manat ayırdı
Siyasət 04:41
İlham Əliyev 5 milyon manat ayırdı
Azərbaycanın almaq istədiyi yeni silah - FOTO
Siyasət 04:23
Azərbaycanın almaq istədiyi yeni silah - FOTO
TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu
Siyasət 02:01
TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu
Prezidentlərin görüşü Qarabağ probleminin həllinə necə təsir edəcək? - AÇIQLAMALAR
Siyasət 01:45
Prezidentlərin görüşü Qarabağ probleminin həllinə necə təsir edəcək? - AÇIQLAMALAR
Elmar Məmmədyarov:
Siyasət 18:22
Elmar Məmmədyarov: "Vyana görüşü yaxşı imkanlar yaradır"
Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi planlaşdırılır
Siyasət 19:36
Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi planlaşdırılır
Siyasət 12:22
"Qarabağ münaqişəsinin mərhələli şəkildə həllini Rusiya istəmir" – AÇIQLAMALAR
Prezidentlərin üçtərəfli görüşünə dair birgə bəyanat yayıldı
Siyasət 20:44
Prezidentlərin üçtərəfli görüşünə dair birgə bəyanat yayıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol