• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

2016-cı ildə iki yeni “ASAN xidmət” mərkəzi açılacaq

2016-cı ildə iki yeni “ASAN xidmət” mərkəzi açılacaq
12.01.2016 12:50
Yeni mərkəzlər Masallı və Qəbələdə açılacaq

"Bu il iki yeni "ASAN xidmət” mərkəzi açılmalıdır - Masallıda və Qəbələdə. Beləliklə, "ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatacaq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı qeyd edib ki, bundan əlavə, səyyar xidmət göstərilir, on avtobus ölkəmizi dolaşır:

" "ASAN xidmət” Azərbaycan brendidir. Mən çox şadam ki, bəzi başqa ölkələr də bu təcrübədən istifadə edirlər. Düzdür, bəzi hallarda "ASAN xidmət”in təcrübəsinə istinad edilmir. Ancaq eybi yoxdur, bizim üçün əsas məsələ odur ki, Azərbaycan vətəndaşları bu xidmətdən yararlansınlar. İki il ərzində 7 milyondan çox müraciət olub. "ASAN xidmət”in, əgər belə demək mümkündürsə, xalq tərəfindən bəyənilmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər, korrupsiyaya qarşı mübarizə sahəsində doğrudan da inqilabdır. Eyni zamanda, könüllülər sinfi yaradılıb. Fəal vətənpərvər gənclər könüllülər kimi fəaliyyət göstərirlər. Yəni, bu təşəbbüsün çox böyük müsbət mənası var. Gələcəkdə "ASAN xidmət”də göstərilən xidmətlərin sayı daha da artmalıdır. Bizdə harada hələ ki şəffaflıq təmin edilmir, bax o sahələr də "ASAN xidmət”də öz həllini tapacaq. Ona görə, hökumət bu məsələ ilə bağlı əlavə təkliflər versin ki, biz hansı xidmətləri "ASAN xidmət”ə əlavə edə bilərik".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol