• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Gürcüstanda "Qazprom" əleyhinə etiraz aksiyaları başladı

Gürcüstanda
15.01.2016 16:13
Gürcüstanın keçmiş prezidenti, Ukraynada Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin "Vahid milli hərəkat” partiyası bu gün Gürcüstan hökumətinin "Qazprom"la əməkdaşlığı ilə bağlı etiraz aksiyası keçirib.
 
APA-nın "Vzqlyad" qəzetinə istinadən verdiyi məlumata görə, partiya üzvləri Energetika Nazirliyinin qarşısına toplanıblar. Piket zamanı yaxınlıqdakı körpüyə "Qazprom” əleyhinə plakatlar asmaq istəyən piket iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Aksiya zamanı "Qazproma” yox!” şüarları səsləndirilib.
 
Qeyd edək ki, Gürcüstan hökumətinin "Qazprom"la apardığı gizli danışıqlar müxalifətin etirazına səbəb olub. Müzakirə predmeti "Qazprom" tərəfindən Gürcüstana nəql olunan qazın həcminin artırılmasıdır. Gürcüstan müxalifəti iddia edir ki, danışıqlar ölkənin enerji sisteminin müstəqilliyinə təhlükə yaradır.
 
Hökumət rəsmiləri isə bildirir ki, SOCAR Gürcüstanın qaz olan tələbatını ödəmək iqtidarında deyil.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Dünya 09:18
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Dünya 19:24
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Dünya 17:51
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Dünya 17:39
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Dünya 17:30
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol