• $
  • £

Albertina muzeyində Pablo Pikasso qalereyası – REPORTAJ

Albertina muzeyində Pablo Pikasso qalereyası – REPORTAJ
18.01.2016 19:26
Rüstəm Qasımov

Əfsanəvi ispan rəssamı, heykəltaraş, qrafik, teatr rəssamı, keramik və dizayner Pablo Pikasso – məhz belə insanlar haqda istedadlı hər sahədə istedadlıdır deyirlər.

Pablo Pikasso kubizmin əsasını qoyanlardan sayılır (Jorj Brak və Xuan Qrislə birgə). O həmçinin qrafik, heykəltaraş və keramik kimi də fəaliyyət göstərib. 20-ci əsr incəsənətinə verdiyi hədsiz böyük töhfəyə görə, yaşadığı dövrdə layiq olan diqqətə və ehtirama layiq görülüb. Pikassonun həyatı boyu 20 000 iş işlədiyi güman edilir.  

Mütəxəssis rəylərinə görə, Pikasso dünyanın ən bahalı rəssamıdır. 2008-ci ilin statistikasına əsasən onun işlərinin rəsmi satışı 262 milyon dollar həcmində olub. Yeri gəlmişkən, Pikassonun 2010-cu ildə 106, 482 milyon dollara satılan "Çılpaq bədən, sarı yarpaqlar və büst” əsəri həmin dövrdə ən bahalı əsər sayılıb. Bir neçə ildən sonra isə onun "Əlcəzairli qadınlar (Versiya O)” əsəri rekord qiymətə 179365000 dollara satılıb. 

2009-cu ildə "The Times” qəzetinin 1.4 milyon oxucu arasında apardığı sorğunun nəticələrinə görə, Pikasso son 100 ildə yaşamış ən dahi sənətkar seçilib. Onun rəsm əsərləri də dəyərinə görə birinci sayılır. 
 


Pablo Pikasso haqqında maraqlı faktlar:
 
Pablo Pikasso doğulanda mamaça onun öldüyünü zənn edib. Çağanı dayısı xilas edib, ölmüş kimi masanın üzərinə qoyulan uşağı dayısının çəkdiyi siqaret tüstüsü vurandan sonra, o ağlamağa başalyıb. Beləliklə, siqaret tüstüsü dahini xilas edib deyə bilərik. 

Böyük ehtimal, Pablo dünyaya da elə rəssam olmaq üçün gəlib, onun tələffüz etdiyi ilk kəlmə "Lapiz”in (ispanca karandaş) qısaldılmış versiyası olan "piz” olub. 

Parisdəki həyatının ilk illərində Pablo Pikassonun həyatı o qədər yoxsul olub ki, qızınmaq üçün hərdən öz rəsmlərini yandırmalı olub. 

O həmçinin həmin dövrdə o qədər də yayğın olmayan uzun paltar geyinir və uzun saç saxlayırmış. 

Pablo Pikassonun orijinal adı 23 sözdən ibarətdir: Pablo-Diyeqo-Xose-Fransisko-de-Paulo-Xuan-Nepomuseno-Mariya-de-los-Remedios-Kipriano-de-la-Santisima-Trinidad-Martir-Patrisio-Klito-Ruiz-i-Pikasso. 

1940-ci ildə Alman qoşunları Parisi tutandan sonra gestapodan Pikassonun yanına gəlirlər. Pikassonun masasının üstündə "Hernika”nın reproduksiyasının açıqcasını görüb "Bunu sizmi edibsiniz” deyə sual ediblər, Pikasso isə cavabında deyib: "Yox siz etmisiz, xatirə kimi özünüzlə götürə bilərsiniz”. Nasistlərin bunu niyə cavabsız qoyduqları məlum deyil. 
 


Mənim Vyanada baş çəkdiyim Albertina muzeyində dünya vizual incəsənətinin şedevrləri arasında Pablo Pikassonun da əsərləri yer alırdı. Əvvəlki reportajda qeyd etdiyim kimi, Albertina müntəzəm keçirilən sərgilərdən biri də "Monedən Pikassoyadək” adlanır. Bu gün biz sizinlə bu nümayişə daxil olan Pikasso rəsmlərinə baxacağıq. Rəsmlərin sayı çox deyil, ancaq onların hər biri şedevr sayılır. Pikassonun çox sayda şedevr sayılan əsəri var və onları hə birinin ayrıca tarixçəsi mövcuddur. 

Nude Seated In A Chair - Pablo Picasso (1963)  
 


Nude Woman with Bird and Flute Player - Pablo Picasso (1967)
 


Woman In Green Hat - Pablo Picasso (1947)
 


Still life with Guitar - Pablo Picasso (1942)
 


Pablo Picasso - Mediterranean landscape (1952) 
 


Sylvette - Pablo Picasso (1954)
 


Pots and lemon - Pablo Picasso (1907) 
 


Glass and Apple - Pablo Picasso (1911) 
 
The Playing Cards - Pablo Picasso (1912) 
 


The Pheasant - Pablo Picasso (1938)
 


Mədəniyyət, incəsənət, təhsil və maarifçiliyi təbliğ edən ANN.Az portalı təkcə ölkəmizdə yox, dünyada baş verən və mövcud olan mədəniyyət tədbirlərini diqqətdə kənarda qoymur. Bu dəfə sizə Vyanadakı Albertina muzeyində sərgilənən Pikasso əsərlərini təqdim edirik. 

Xoş seyrlər:


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Mədəniyyət 11:49
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
Mədəniyyət 11:46
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
İki rəssam dostun sərgisi - REPORTAJ
Mədəniyyət 09:40
İki rəssam dostun sərgisi - REPORTAJ
İstanbul küçələrində qraffitilər - FOTO
Mədəniyyət 09:38
İstanbul küçələrində qraffitilər - FOTO
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Mədəniyyət 09:05
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Mədəniyyət 08:33
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Mədəniyyət 03:36
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Mədəniyyət 03:30
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol