• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Bazardakı ağır iqtisadi vəziyyət Azercell-də ixtisarlara səbəb olub

Bazardakı ağır iqtisadi vəziyyət Azercell-də ixtisarlara səbəb olub
21.01.2016 17:49
Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin kollektivinə məktubla müraciət edib.

V. Mürsəliyev müraciətində bildirib ki, ağır makroekonomik vəziyyətə görə şirkət rəhbərliyi xərclərin azaldılmasına dair olduqca çətin qərar qəbul etməli olub.

"Təəssüflər olsun ki, bazardakı vəziyyət şirkətimizin də fəaliyyətinə təsir göstərib. Biznesimizi mövcud şəraitə uyğun optimizasiya etməliyik. 2015-ci ilin avqust ayından etibarən Azercell rəhbərliyi şirkət xərclərinin, o cümlədən işçilərə aid xərclərin azaldılması və ixtisarların aparılması ərəfəsində olub. Amma biz maksimum dərəcədə əlavə xərcləri azaldaraq, işçi sayına toxunmamağa çalışmışıq. 2015-ci ilin sonunda növbəti devalvasiyanın baş verməsi, ümumi iqtisadi vəziyyətin daha da ağırlaşması və bunun nəticəsində maliyyə durumunun daha da geriləməsi şirkətimizdə 8%-ə qədər iş yerlərinin, yəni 60-a yaxın işçinin ixtisar edilməsinə dair qərarın verilməsinə gətirib çıxarıb. Bu vəzifələrdə çalışan əməkdaşların hamısına layiqli kompensasiya təklif olunacaq. Bu gündən etibarən ixtisara düşmüş vəzifələrdə çalışanlarla üzbəüz görüşlər keçirilməyə başlanıb.

Bu haqda sizə məlumat verdiyimə görə çox üzgünəm. Amma təəssüf ki, başqa çıxış yolumuz yoxdur. Şirkətimiz bazardakı vəziyyətdə biznesini davam etdirməli, yeni yatırımlar həyata keçirməyə və rəqabətə davamlı olmalıdır.

Hər bir Azercell əməkdaşına dərin təşəkkürümü bildirirəm. Əminəm ki, birgə səylərimiz nəticəsində mövcud çağırışların öhdəsindən gələrək həm öz, həm də şirkətin fəaliyyət göstəricilərini daha da yüksəldəcəyik, və bununla da komandamızı yenidən genişləndirə biləcəyik.”- deyə, Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
İqtisadiyyat 07:14
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol