• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Robert Dadli: "TAP çox vacib layihədir"

Robert Dadli:
22.01.2016 14:04
 Trans-Adriatik boru kəməri (TAP) layihəsi çox vacibdir. 

"Report" Yunanıstan mətbuatına istinadən xəbər verir ki, bunu BP şirkətinin baş icraçı direktoru Robert Dadli İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Yunanıstanın dövlət naziri Nikos Pappasla görüşdə bildirib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin önəmli hissəsindən olan TAP kəmərinin bu il tikintisinə başlanacaq: "Layihə bir neçə ilə işə düşəcək. Yunanıstan hökumətinin bu vacib layihəyə dəstəyindən çox məmnunam".

R.Dadli Cənub Qaz Dəhlizi layihəsindən danışaraq qeyd edib ki, bu, dünyada ən böyük boru kəmər infrastruktur layihəsidir: "Azərbaycanda hasil olunan qazın Gürcüstandan keçməklə Türkiyəyə və buradan Yunanıstana, sonra Albaniya və İtaliyaya nəqlini nəzərdə tutan bu layihə bildiyimiz ən geniş infrastruktur layihəsidir. BP bu layihənin bir parçası olmaqdan və bu layihə üzrə iş birliyindən çox məmnundur".

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın 3 500 km məsafə qət edərək Avropaya nəqlini nəzərə tutan layihədir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarətdir: Cənubi Qafqaz Boru Kəməri (CQBK, Azərbaycan və Gürcüstan ərazisi), Trans-Anadolu Boru Kəməri (TANAP, Türkiyə ərazisi), Trans-Adriatik Boru Kəməri (TAP - Yunanıstan, Albaniya, İtaliya). Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində ilkin mərhələdə 16 mlrd. kubmetr qaz nəqli nəzərdə tutulur. Bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə Avropaya ötürüləcək. Layihə çərçivəsində ilk qazın 2018-ci ilidə Türkiyəyə təchiz edilməsi planlaşdırılır. Avropaya isə qaz təchizatının 2019-2020-ci illərdə gerçəkləşəcəyi gözlənilir.

"Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə" 2011-ci il yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu arasında imzalanıb. 2014-cü il sentyabrın 20-də isə Bakıda Səngəçal terminalında Cənubi Qafqaz Boru Kəmərinin təməli qoyulmaqla layihənin birinci hissəsi həyata keçirilməyə başlanıb. 2015-ci il martın 17-də isə Türkiyənin Qars şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Margvelaşvilinin iştirakı ilə TANAP-ın təməlinin qoyulması ilə layihənin Türkiyə hissəsinin tikintisinə başlanılıb.

Cənub Qaz Dəhlizinin sonuncu - Avropa hissəsinin, yəni TAP kəmərinin tikintisinin isə bu il başlanacağı planlaşdırılır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
İqtisadiyyat 07:14
Ermənistanda Azərbaycan benzini üçün növbələr yaranıb
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol