• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Caspian European Club biznes-forum keçirdi

Caspian European Club biznes-forum keçirdi
28.01.2016 17:18
Caspian European Club-un (Caspian Business Club) bu gün (27 yanvar) "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin baş direktoru Göksel Aybekin iştirakı ilə Bakıda keçirilmiş biznes-forumunda qeyri-neft sektorunun inkişaf məsələləri müzakirə olunub.

Biznes-forumda çıxış edən G.Aybek rəhbərlik etdiyi Korporasiyanın Azərbaycan və onun hüdudlarından kənardakı fəaliyyəti, infrastruktur və sənaye layihələrinin həyata keçirilməsi haqda danışıb. Onun sözlərinə görə, Korporasiya bu il yaradılmasının 10 illiyini qeyd edir. Belə qısa müddət ərzində onlarla ölkədə nəhəng infrastruktur layihələrini gerçəkləşdirməyə nail olan Korporasiyanın dövriyyəsi 3,5 milyard ABŞ dollarını ötüb.

Binzes-forumda "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin cari və yeni layihələrinin təqdimatı keçirilib. Caspian European Construction Club-un prezidenti olduğunu qeyd edən G.Aybek konstruktiv dialoqa görə şirkətə öz minnətdarlığını bildirib.

Biznes-forumda iştirakçıların sözügedən mövzu ilə bağlı təklifləri və həmçinin Caspian European Club (Caspian Business Club) şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub.

Biznes-forum zamanı Caspian European Club (Caspian Business Club) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb, həmçinin Universitetin təqdimatı keçirilib. Memorandumu Caspian European Club (Caspian Business Club) sədrinin birinci müavini Telman Əliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Bahanlı imzalayıblar.

Biznes-forumda çıxış edən Caspian European Club (Caspian Business Club) sədrinin birinci müavini Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Caspian European Club (Caspian Business Club) üzvlərinin səsləndirdikləri təklif və xahişlərə göstərilən diqqətə görə G.Aybekə minnətdarlığını bildirib. Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab tapıb, o cümlədən sözügedən sahədə əməkdaşlıq yollarını müzakirə ediblər.

O qeyd edib ki, 2016-cı il yanvın 25-də www.BrandAward.org saytında Caspian Brand Award – 2016 beynəlxalq mükafatı üzrə internet səsverməsi prosesi start götürüb. T.Əliyevin sözlərinə görə, Caspian European Club-un (Caspian Business Club) bütün üzv şirkətləri Caspian Brand Award – 2016 beynəlxalq mükafatında iştirak etmək hüququnu əldə edəcəklər. Səsvermənin nəticələri 2016-cı il mayın 25-də açıqlanacaq.

Caspian European Club (Caspian Business Club) sədrinin birinci müavini Telman Əliyev Caspian Energy Award - 2016 (www.CaspianEnergyAward.com) və Caspian Business Award - 2016 (www.Award.CEO) beynəlxalq mükafatları üzrə səsvermənin fəal şəkildə davam etdiyini bildirib. Mükafatların təqdimetmə mərasimi 2016-cı il aprelin 20-də Bakıda təşkil olunacaq.

T.Əliyev həmçinin vurğulayıb ki, mükafatlar üzrə nominantlar dünyanın 50-dən çox ölkəsinin yüksək və orta səviyyəli şirkətlərinin menecerləri arasında keçirilən internet sorğusu əsasında müəyyən olunur.

Caspian Brand Award – 2016, Caspian Energy Award və Caspian Business Award beynəlxalq mükafatları Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group-un dəstəyilə keçirilir.

Telman Əliyev qeyd edib ki, Caspian European Club (Caspian Business Club) 2002-ci ilin iyun ayında Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə təsis edilib. Caspian European Club-un (Caspian Business Club) sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. T.Əliyevin sözlərinə görə, yarandığı ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə edilən gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir, eləcə də dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Biznes-forum zamanı G.Aybekə Caspian European Club-un (Caspian Business Club) platin üzvü sertifikatı təqdim olunub.

Qeyd edək ki, biznes-forumda şirkət və səfirliklərin rəhbərləri, bir sıra diplomatik qurumların nümayəndələri iştirak ediblər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol