Şahmar Mövsümov: Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var
İcraçı direktor BVF-nin nümayəndələri ilə görüşüb.
Dövlət Neft Fondunun (SOFAZ) İcraçı direktoru Şahmar Mövsümov ilə Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə SOFAZ-dan bildirilib.
"Görüşdə ilk əvvəl xarici və daxili mediada gedən məlumata aydınlıq gətirilib, Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumları ilə hər hansı təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib. Azərbaycanın kifayət qədər valyuta ehtiyatlarının olması və ölkənin makro-iqtisadi vəziyyətinin sabit və dayanıqlı olması vurğulanıb”.
Görüş zamanı tərəflər arasında Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüş iqtisadi strategiya çərçivəsində Azərbaycanın yeni iqtisadi inkişaf modelinə keçidi və bu sahədə Azərbaycan ilə BVF arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb”, - deyə Neft Fondundan qeyd edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox