Kaladze qaz üçün İrana gedir
Gürcüstanın energetika naziri Kaxa Kaladze fevralın 15-də İrana rəsmi səfər edəcək.
Oxu.Az bu barədə Qruziya Online-a istinadən xəbər verir.
Kaladze səfərin gedişatı ilə bağlı jurnalistlərə bildirib ki, o, İrana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri və ölkənin vitse-prezidenti ilə görüşəcək. Tərəflər təbii qazın nəqli ilə bağlı məsələləri müzakirə edəcəklər.
"Siz İran səfirinin bəyanatını eşitdiniz. Onlar təbii qazın Gürcüstana nəqli ilə bağlı hazır olduğunu bildirirlər. Gürcüstana təbii qazın nəqli isə yalnız iki yolla mümkündür. Azərbaycan və Ermənistan vasitəsilə”, - deyə energetika naziri bildirib.
"Maraqlıdır ki, onlar təbii qaza görə nə qədər qiymət qoyacaqlar və bu qaz bazarda nə qədər rəqabətədavamlı olacaq?”, - deyə energetika naziri qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox