İordaniya kralı Azərbaycan prezidentinə məktub göndərdi
Azərbaycan prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının keçmiş baş naziri Abdelsalam Al-Macalini qəbul edib.
APA-nın məlumatına görə, Azərbaycanın son illər ərzində böyük uğurlar qazandığını sevinc hissi ilə qarşıladığını qeyd edən A. Al-Macali ölkəmizdə və paytaxtımızda aparılan quruculuq işlərinin onda xoş təəssürat yaratdığını bildirib.
Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışılıb, tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd olunub, Forum iştirakçılarının ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı fürsət yaratdığı bildirilib.
A. Al-Macali İordaniya kralı II Abdullahın məktubunu Prezident İlham Əliyevə təqdim edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət
17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Son xəbərlər
Daha çox