ABŞ İlham Əliyevin sərəncamını alqışladı
ABŞ Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı imzalamasını və məhkəmənin jurnalist Rauf Mirqədirovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlayıb.
ANN.Az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.
Bəyanatda ABŞ-ın Azərbaycan hökumətinin atdığı müsbət addımı alqışladığı vurğulanır.
"Biz əlavə müsbət addımlar üzrə Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 148 məhbus azadlığa qovuşub. Onların arasında ictimai-siyasi fəaliyyəti ilə tanınmış şəxslər də var.
Həmçinin ötən gün məhkəmə dövlətə xəyanət ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilən Rauf Mirqədirovun 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılması barədə qərar qəbul edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət
17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Son xəbərlər
Daha çox