• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ərdoğanın məsləhətçisi: “Erməni silahlı bölmələri Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir”

Ərdoğanın məsləhətçisi: “Erməni silahlı bölmələri Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir”
21.04.2016 11:15
 "Erməni silahlı bölmələri Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir”.
 
APA-nın "gazetevatan.com” saytına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu Azərbaycanın Ankaradakı səfirliyinə ziyarətində deyib. "Burdan bütün dünyaya bir daha səslənirik. Azərbaycan və Türkiyə çiyin-çiyinə vermiş əkiz qardaşlardır. Bunun ən gözəl nümunəsini Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə etdiyi son ziyarətində gördük. Hər iki dövlət başçısının qucaqlaşması dosta və düşmənə verilən önəmli mesajdır” - deyən Y. Topçu türk dünyasının dildə və fikirdə bir olmasının türk dünyası, eləcə də İslam dünyasına təhlükəsizlik, azadlıq və rifah gətirəcəyini qeyd edib. 
 
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov isə ziyarətdən məmnunluğunu ifadə edib: "Son hadisələr bir daha göstərdi ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlığın dünyada başqa nümunəsi yoxdur. Son aylarda buna bir daha şahid olduq. Mustafa Kamal Atatürkün dediyi kimi, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizidir”. Heydər Əliyevin dediyi kimi, Azərbaycan və Türkiyə "bir millət, iki dövlətdir”. Türkiyə Respublikasına və prezidentinə Azərbaycanın haqlı mübarizəsində verdiyi dəstəyə görə təşəkkürlərimi bildirirəm”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət 21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Siyasət 19:54
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:57
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Siyasət 17:48
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Siyasət 17:37
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Siyasət 17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Siyasət 16:33
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Siyasət 16:25
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Siyasət 15:59
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol